Dünyada tayı-bərabəri görünməyən hadisə olacaq

Google+ Pinterest LinkedIn Tumblr +

Elm və texnologiyanın əsas mərkəzi hesab edilən Yaponiyada alimlər bu dəfə süni meteorit yağışı yaradacaqlar.

Biosfer.az Türkiyə mediasına istinadən xəbər verir ki, Yaponiyanın Kosmik Kəşfiyyat Agentliyi bu haqda məlumat yayıb. Yaylan xəbərdə qeyd olunur ki, artıq Epsilon raketi ilə 7 peyk Uçinoura adlanan kosmik mərkəzdən orbitə buraxılıb .

Raketlərdən birinin mərkəzi Tokioda olan ALE şirkəti tərəfindən təkmilləşdirilib. Adıçəkilən mərkəz atmosferə göndərəcəyi metal parçalarla süni meteorit yağışı yaradacaq. ALE-nin ilk süni meteorit yağışını Xirosima şəhəri üzərindən reallaşdıracağı açıqlanıb.

Qeyd edək ki, hələlik bu layihənin hansı büdcədən maliyyələşdiyi və məqsədi barədə məlumat yoxdur.

Paylaş