“Azərişıq” gücləndirilmiş iş rejiminə keçdi

Google+ Pinterest LinkedIn Tumblr +

Hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı verilən proqnozla əlaqədar olaraq istehlakçıların fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz etmək üçün “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən qabaqlayıcı tədbirlər görülüb.

“Azərişıq” ASC-dən Biosfer.az-a verilən məlumata görə, baş verə biləcək qəzaların dərhal aradan qaldırılmasını həyata keçirmək üçün rəhbərlik tərəfindən müvafiq əmr imzalanıb. Əmrə əsasən məsul şəxslərlərdən ibarət növbətçilik təşkil edilib, eyni zamanda sistem əhəmiyyətli yarımstansiyalara birbaşa məsul şəxslər təyin ediliblər. Paylayıcı elektrik veriliş xətlərinin təkrar yoxlanılması və nəzarətdə saxlanılması təmin edilib.

Gücləndirilmiş iş günlərində Texniki Direktorluğa tabe olan xidmət sahələrində və Avtonəqliyyat İdarəsində zəruri olan mal-materialların, ehtiyatı yaradılb, maşın-mexanizmlər hazırlığı görülüb. 199-Çağrı Mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Paylaş