Güclü külək Qubada evin damını uçurdu – FOTOLAR

Google+ Pinterest LinkedIn Tumblr +

Yanvarın 16-da səhər saatlarından başlayan güclü külək Quba rayonunda fəsadlar törədib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, güclü külək rayonun Aşağı Atuc kəndində Fədail Əlipaşayevə məxsus evin və həmkəndlisi Daşdəmir Aslanovun həyətindəki tövlənin dam örtüyünü uçurub. Hadisə nəticəsində kənd sakinlərindən xəsarət alan olmayıb.

Ev sahibi Fədail Əlipaşayev damın yararsız vəziyyətə düşməsi nəticəsində 2 min manatdan çox ziyana düşdüyünü bildirib.

Aidiyyəti qurumların nümayəndələri hadisə yerinə baxış keçiriblər.

Paylaş