Plastik butulka gətirənlərə PULSUZ HƏDİYYƏ

Google+ Pinterest LinkedIn Tumblr +

Türkiyənin bəzi bölgələrində maraqlı aksiyaya start verilib.

Biosfer.az Türkiyə mediasına istinadən xəbər verir ki, ekologiyanın və insan sağlamlığının qorunmasını hədəfləyən bu aksiya ilə istifadə olunmuş plastik içki qabları mağazalara geri qaytarılacaq. 5 plastik içki qabı qaytarana isə 1 parça torba hədiyyə veriləcək.

Bununla da həm plastiklərdən istifadəyə son verilməsi aksiyası reklam ediləcək, həm də plastik içki qablarının ətraf aləmə tullanmasının və ekoloji durumu təhdid etməsinin qarşısı alınmış olacaq.

Paylaş