Yunanıstanda 3 nəfər donaraq öldü

Google+ Pinterest LinkedIn Tumblr +

Yunanıstanda qarlı və şaxtalı hava 3 nəfərin ölümünə səbəb olub.

Biosfer.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ötən gecə ölkə paytaxtı Afinaya güclü qar yağıb.

Ötən ilin dekabrından Yunanıstanda əlverişsiz hava şəraiti hökm sürür. Nəticədə 3 nəfər ölüb. Hidrometeoroloqlar soyuq hava şəraitinin yanvarın 9-10-dək davam edəcəyini bildiriblər.

Yol polisi sürücülərə ehtiyatlı olmağı məsləhət görüb. Yol-nəqliyyat hadisələrinin qarşısını almaq məqsədi ilə 3,5 tondan ağır avtomobillərin yollara çıxması qadağan edilib.

Kəskin hava şəraitinə görə yanvarın 8-də paytaxt Afinanın Attika rayonunda məktəblər bağlanıb.

Paylaş