Avstriya və Almaniyada güclü qar – 7 nəfər öldü

Google+ Pinterest LinkedIn Tumblr +

Son bir neçə gündə Avstriyanın Forarlberq və Zaltsburq federal torpaqlarında bol qar yağması nəticəsində 6 nəfərhəyatını itirib, daha 1 nəfər isə Almaniyanın Bavariya federal torpağında pis hava şəraitinin qurbanı olub.

Biosfer.az “RİA Novosti”yə istinadən xəbər verir ki, 3 nəfər, eləcə də Almaniya və İsveçrə vətəndaşları qarın altında qalıblar və Forarlberq dağ-xizək regionunda ölüblər. Daha 3 nəfər, o cümlədən Sloveniya əsilli şəxs Zaltsburqda ölüb. Eyni zamanda bir nəfər Bavariyada bol qar yağması nəticəsində həyatını itirib.

Hazırda Avstriyanın bəzi bölgələrində, eləcə də Tirol və Forarlberqdə 4-cü dərəcəli qar uçqunu təhlükəsi səviyyəsi qalmaqdadır. Həmçinin qeyd olunur ki, pis hava şəraiti səbəbindən Hoxkar dağ-xizək kurortu işini dayandırıb.

Paylaş