Dünyanın ən bahalı balığı – Koi çəkisi

Google+ Pinterest LinkedIn Tumblr +

Yaponiyada keçirilmiş hərracda planetin ən bahalı balığı satılıb.

Biosfer.az xarici mətbuata istinadən xəbər verir ki, söhbət Es-Lecend adlı koi çəkisindən (karp) gedir. Çəkikimilər dəstəsinə aid olan balıq 1,8 milyon dollara varlı kolleksiyaçı tərəfindən satın alınıb.

1 metr uzunluğunda olan bu balıq hərracdan da əvvəl məşhur olub. Belə ki, koi iştirak etdiyi bütün sərgilərdə birinci mükafatları qazanıb. Ümumiyyətlə, koi çəkiləri Yaponiyada keçirilən hərraclarda böyük pullara satılır. Əvvəlki koi yarım milyon dollara alıcısını tapıb. Bu balıqların belə qiymətə satılması onunla əlaqədardır ki, o, Yaponiyada qızılla yanaşı əsas qiymətli daş qaşlardan biri hesab edilir.

Koi çəkisi 2500 il əvvəl Çində əhilləşdirilib. Həmin vaxtdan etibarən balıq insana öyrəşib, hətta başını sığallayanda etiraz etmir. Koi akvariumlarda və məbədin göllərində saxlanılır. Onun müxtəlif rəngləri olur, 1 metrə qədər uzanır və 30 ilədək yaşayır.

Paylaş