İranda qarlı hava yol qəzalarını artırdı – 13 ölü, 25 yaralı

Google+ Pinterest LinkedIn Tumblr +

Ötən günün axşam saatlarından bu vaxta qədər İranın müxtəlif vilayətlərində baş verən yol qəzaları nəticəsində 13 nəfər həlak olub, 25 nəfər yaralanıb.

Biosfer.az Trend-ə istinadən xəbər verir ki, qəzalarla bağlı İranın Həmədan vilayəti Yol Polisi İdarəsinin rəis polkovniki Rza Əzizinin sözlərinə görə, ötən gecə Həmədanda baş verən 4 yol-nəqliyyat hadisəsi zamanı 4 nəfər həlak olub.

Digər 9 nəfər isə İranın Cənubi Xorasan və Şimali Xorasan vilayətlərində baş vermiş yol-nəqliyyat hadisələri zamanı ölüb.

Qeyd edək ki, son günlər İranda qar və yağışlar nəticəsində yol qəzalarının sayı artıb.

Paylaş