Qaxa ilk qar yağdı – FOTOLAR

Google+ Pinterest LinkedIn Tumblr +

Qax rayonuna qış fəslinin ilk qarı yağıb.

Biosfer.az xəbər verir ki, axşam saatlarından başlayan yağış gecə saatlarında qara çevrilib.

Qar əsasən, rayonun dağlıq əraziləri olan İlisu və Sarıbaş kəndlərinə yağıb. Səhər saatlarından yollarda qar və buzdan təmizləmə işləri çərçivəsində dağ kəndlərinə gedən avtomobil yollarına duz-qum qarışığı tökülüb. Magistral və digər avtomobil yollarında nəqliyyat vasitələrinin hərəkətində problem yaşanmaması üçün lazımı tədbirlər görülüb.

Hazırda İlisu və Sarıbaş kəndlərində qarın hündürlüyü 25-30 santimetrdir. (Report)

Paylaş