Adı “Qırmızı Kitab”a düşən maralı ovlayan şəxs saxlanıldı

Google+ Pinterest LinkedIn Tumblr +

Qanunsuz ov edən şəxs Qəbələ rayonunda tutulub.

Biosfer.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Qəbələ rayonunda adı Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na düşən maralı ovlayan şəxs saxlanılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən keçirilmiş reyd zamanı Vəndam meşəbəyliyində atəş səsi eşidilməsi, əraziyə baxış zamanı isə kəsilmiş maral başı, 2 ayaq və dəri aşkar edilərək götürülməsi barədə Qəbələ Rayon Polis Şöbəsinə müraciət daxil olub.
Faktla bağlı dərhal müvafiq tədbirlər görülüb. Polisəməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxs müəyyən edilib. Qanunsuz ov etməkdə şübhəli bilinən Vəndam qəsəbə sakini Tehran Aydınlı saxlanılıb. Ondan müvafiq sənədləri olan “TOZ-16” markalı ov tüfəngi götürülüb.

Rayon Polis Şöbəsində araşdırma aparılır.

Paylaş