Avstraliyadan İndoneziyaya yardım təklifi

Google+ Pinterest LinkedIn Tumblr +

Avstraliyanın hakimiyyət orqanları sunaminin böyük zərər vurduğu İndoneziyaya təbii fəlakətin nəticələrinin aradan qaldırılmasında yardım təklif edib.

Biosfer.az xəbər verir ki, Avstraliyanın baş naziri Skott Morrison baş verən hadisəni “İndoneziyaya dəhşətli zərbə” adlandırıb və bu ölkəyə yardım təklif edib.

Son məlumatlara görə, şənbə günü baş verən sunami nəticəsində İndoneziyada 281 nəfər ölüb, mindən çox xəsarət alıb və 57 nəfər itkin düşüb. Şahidlərin bildirdiyinə görə, ən çox zərər vuran üçüncü dalğa olub. İndoneziyanın hakimiyyət orqanları əhalini təkrar sunami təhlükəsi barədə xəbərdar edib.

“Başa düşürük ki, hazırda həlak olan əcnəbilər, o cümlədən avstraliyalılar barədə məlumat yoxdur. Fəlakət Sulavesi adasındakı hadisədən – zəlzələdən sonra baş verib və biz həmişəki kimi İndoneziya hökumətinə yardım göstərməyə hazırıq”, – deyə baş nazir bildirib.

Xatırladaq ki, sunami dalğaları yerli vaxtla saat 21:27 dəqiqədə Zond körfəzinə çatıb. Yüzlərlə bina və ev dağılıb. Təxliyə işləri davam edir.

Paylaş