İndoneziyada sunami baş verdi: 168 ölü, 500 yaralı – VİDEO

Google+ Pinterest LinkedIn Tumblr +

İndoneziyada güclü sunami nəticəsində 168 nəfər həlak olub, daha 500-ü zərər çəkib.

Biosfer.az xəbər verir ki, bu haqda İndoneziyanın təbii fəlakətlərin qarşısının alınması üzrə Agentliyə istinadən “Röyters” agentliyi bildirib.

Öz növbəsində, təşkilatın nümayəndəsi Sutopo Nuqroxo tvitterdə yazıb ki, qurbanların sayı arta bilər. O əlavə edib ki, təbii fəlakət nəticəsində onlarla bina dağılıb.

Qeyd edək ki, güclü sunami şənbə günü Yava və Sumatra adalarını ayıran Zond boğazında qeydə alınıb.

Paylaş