Avropa İttifaqı plastik məişət əşyalarını qadağan edir

Google+ Pinterest LinkedIn Tumblr +

Avropa İttifaqı (Aİ) plastik məişət əşyalarının, o cümlədən qab-qacağın istifadəsinə qadağa qoyan sənədin müddəalarını razılaşdırıb.

Biosfer.az xəbər verir ki, Almaniyanın N-TV telekanalının yaydığı məlumata görə, daha ekoloji materiallardan hazırlanması mümkün olan polimer məhsullardan istifadəsinə son qoymaq təşəbbüsünün iki il ərzində həyata keçiriləcəyi gözlənilir. Həmin tədbirlər nəticəsində ətraf mühitə 22 milyard avroyadək məbləğdə ziyanın qarşısının alınacağı qeyd olunur.

Xatırladaq ki, bu il may ayında Avropa Komissiyası Avropa dənizlərinə atılan plastik tullatnılarının 70 faizini təşkil edən 10 adda məhsulların siyahısını tərtib etmişdi. Bu siyahıya plastik qab-qaacaq və bəzi başqa məmulatlar daxil edilib. Avropa Komissiyasından plastik qabların istehsalına qadağa qoymaq yox, onların maksimum dərəcədə emal olunmasına nail olmaq məqsədi güddüklərini bildiriblər.

Paylaş