Rumıniyada son 10 gündə səkkiz zəlzələ qeydə alınıb

Google+ Pinterest LinkedIn Tumblr +

Rumıniyanın Buzau rayonunda Rixter cədvəli üzrə 3,8 bal gücündə zəlzələ olub. Zəlzələnin episentri Nexoyu şəhəri yaxınlığında 145 kilometr dərinlikdə qeydə alınıb.

Biosfer.az bildirir ki, bu, son 10 gündə Rumıniyada baş verən səkkizinci zəlzələdir.

Qeyd edək ki, 2018-ci ilin ən güclü zəlzələsi oktyabrın 28-də Buzau rayonunda (5,8 bal) baş verib.

Paylaş