Əmircan qəsəbəsində 400 ağac əkilib

Google+ Pinterest LinkedIn Tumblr +

Suraxanı rayonunun qəsəbələrində ağacəkmə kampaniyası uğurla davam etdirilir.

Biosfer.az xəbər verir ki, rayon icra hakimiyyətinin təşkilatçılığı ilə növbəti ağacəkmə aksiyası Əmircan qəsəbəsi Səttar Bəhlulzadə küçəsinin kənarlarında aparılıb. İməcilik zamanı ərazidə təmizləmə və abadlıq işləri görülüb, mövcud yaşıllıqlara qulluq edilib və 400-dən artıq yeni ağac əkilib.

Aksiyada Suraxanı Rayon İcra Hakimiyyətinin əməkdaşları, qəsəbə bələdiyyələri, sənaye, səhiyyə müəssisələri və mənzil-kommunal təsərrüfatı əməkdaşları olmaqla ümumilikdə 200 nəfər iştirak edib.

Rayonda ağacəkmə aksiyaları mövsümün sonuna qədər davam etdiriləcək.

Paylaş