Bolqarıstanda güclü qar yolları iflic etdi

Google+ Pinterest LinkedIn Tumblr +

Bolqarıstanın şimal-qərbində və Sofiyada güclü qar yağır. Qarın qalınlığı 15 santimetrə çatıb.

Biosfer.az xəbər verir ki, ölkə üzrə əsas magistrallarda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Həmin yollara qar təmizləyən maşınlar cəlb olunub.

Havanın bir neçə gün sərt keçəcəyi gözlənilir.

Paylaş