Yük avtomobili iribuynuzlu mal-qaranı vuraraq öldürdü

Google+ Pinterest LinkedIn Tumblr +

Şirvan şəhərində iribuynuzlu maq-qara magistral yola çıxaraq yol-nəqliyyat hadisəsinə səbəb olub.

Biosfer.az “Report”a istinaən xəbər verir ki, hadisə gecə saat 22:00 radələrində şəhər ərazisindən keçən Hacıqabul-Horadiz avtomobil yolunun 7-ci kilometrliyində baş verib.

Yevlax rayon sakini İsmayıl İsmayılovun idarə etdiyi “Kamaz” markalı “66-BE-643” dövlət qeydiyyat nişanlı qoşqulu yük avtomobili nəticədə yola çıxan inəkləri vurub.

Qəza nəticəsində vətəndaşlara məxsus 2 ədəd inək avtomobilin altında qalaraq tələf olub.

Faktla bağlı BDYM tərəfindən araşdırma aparılır.

Paylaş