Bu il noyabrın 5-də açılışı olmuş Qarabağ Atçılıq Kompleksinin hesabına Azərbaycan Qarabağ atları ixrac edə bilər.
Biosfer.az xəbər verir ki, bu barədə Report-a açıqlamasında kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev bildirib.
“Həmin kompleksdə atçılığın inkişafı ilə bağlı bütün tədbirlər – atların karantin zonasının yaradılması, vaxtaşırı müayinə və müalicə edilməsi, yarışlara hazırlanması, satışa çıxarılması nəzərdə tutulub. Məqsədimiz odur ki, bu sahəni inkişaf etdirək, o cümlədən ixrac üçün atlar yetişdirək və bununla da kompleksin gəlirlərinin artımına nail olaq”, – o qeyd edib.