İranın qərbində yerləşən Kermanşah vilayətində 6,4 bal gücündə zəlzələ baş verib.
Biosfer.az zəbər verir ki, zəlzələ zamanı 700-dən çox insan xəsarət alıb. Bu barədə Kermanşah vilayətinin qubernatoru Huşeng Bazvend bildirib.
Qeyd edək ki, Tehran Universitetinin geofiziki seysmoloji mərkəzinin məlumatına əsasən, yeraltı təkanlar yerli vaxtla saat 20:07-də qeydə alınıb. Zəlzələnin episentri yerin 7 kilometr dərinliyində yerləşib.
İranda baş verən zəlzələdə xəsarət alanların sayı 550 nəfərədək artıb.
Kermanşahda zəlzələdən sonra 20-dən çox yeraltı təkan qeydə alınıb. Zəlzələdən zərər çəkən ərazilərə 23 operativ qrup göndərilib.