Son zamanlar sosial şəbəkədə Oğuz rayonu ərazisindəki dağlarda yaşayan dağkəli və digər dağ heyvanlarının kütləvi şəkildə, hansısa xəstəlikdən tələf olması ilə bağlı məlumatlar yayılıb.
Biosfer.az xəbər verir ki, Sputnik Azərbaycan-ın bölgə müxbiri yayılan xəbərlərlə bağlı araşdırma aparıb. Məlum olub ki, bu barədə məlumatlar, əsasən, keçən ilin sonlarından başlayaraq, rayonun müxtəlif kəndlərinin sakinləri tərəfindən yayılıb. İddialara görə, rayonun Daşalı və Filfilli kəndlərinin dağlıq hissələrində yaşayan insanlar tərəfindən bu istiqamətdə bir çox çöl heyvanının leşinə rast gəlinib.

“Belə ki, ovçular heyvanları ovladıqdan sonra izi itirməyə çalışıblar. Bu məqsədlə də ovlanmış heyvanların dərisini, daxili orqanlarını və digər hissələrini ərazidə saxlayıblar. Məqsədləri isə, heyvanların ovlanaraq yox, guya xəstəlik səbəbi ilə tələf olduğu görüntüsünü yaratmaq olub” – deyə Ş.Ramazanov bildirib.

Yaranmış problemlə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Oğuz rayon şöbəsinin rəsmisi Bəhruz Həbibullayevlə də əlaqə saxladıq. O, mütəmadi olaraq dağlarda reydlərin keçirildiyini bildirdi. Qeyd etdi ki, bu reydlər ən çox adları çəkilən kəndlərin, həmçinin digər ərazilərdə də həyata keçirilir.
İlham Əhmədov