Böyük Qafqazın bəzi yerlərində yağıntının miqdarı 19 mm-ə qədər olub

Google+ Pinterest LinkedIn Tumblr +

Noyabrın 21-i gündüzdən 22-si səhərədək müşahidə olunmuş faktiki hava açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentidən Biosfer.az-a verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində noyabrın 21-i günün ikinci yarısından 22-si səhərədək hava şəraiti dəyişib, arabir yağış yağıb, Böyük Qafqazın bəzi yerlərində intensiv xarakterli olub.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 1-6, Böyük Qafqazda 1-19, Qazax-Gəncə zonasında 1-4, Mərkəzi Aran rayonlarında 1-3 mm olub.

Paylaş