İcazəsiz ova cəhd edən şəxslər saxlanıldı

Google+ Pinterest LinkedIn Tumblr +

Ekologiya və Təbii Sərvətlər Nazirliyin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Ağcabədi rayonu, Mehmangöl adlanan ərazidə reyd keçirilib.

Biosfer.az xəbər verir ki, nazirlikdən bu haqda məlumat verilib. Qeyd olunub ki, reyd zamanı icazəsiz ova cəhd edən 3 nəfər saxlanılıb.

Araşdırma zamanı brakonyerlərin Kürdəmir rayon sakini Elşad Məmmədov və Bakı şəhər sakinləri Elşad Güllərov, Əlabbas Hüseynov olduğu müəyyən edilib. Onlardan 3 ov tüfəngi götürülüb.

Faktla bağlı təqsirkarlar barəsində protokollar tərtib edilib və onlara İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən ümumilikdə 3000 manat məbləğində cərimə tətbiq olunub.

Paylaş