Kürdəmirdə 46 yaşlı kişi kəsdiyi ağacın altında qaldı

Google+ Pinterest LinkedIn Tumblr +

Kürdəmir rayonunda bədbəxt hadisə baş verib.

Biosfer.az Trend-ə istinadən xəbər verir ki, rayonun Şahbəyli kənd sakini, 1972-ci il təvəllüdlü Mansurov Aqil Şurəli oğlunun həmkəndlisinin həyətində kəsdiyi ağac üzərinə düşüb.

Hadisə nəticəsində ağır xəsarət alan A.Mansurov Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

A.Mansurov xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş