Sürüşmə səbəbindən qəzalı vəziyyətə düşən evlərin sayı artıb

Google+ Pinterest LinkedIn Tumblr +

“Azərbaycanda daha çox sürüşməyə meyilli ərazilər Şamaxı-İsmayıllı və cənub zonasındadır. Daha çox uçqun tipli sürüşmə isə Bakı-Şamaxı yolunun 106-cı kilometrliyində müşahidə edilir”.

Bu barədə Biosfer.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov məlumat verib. Onun sözlərinə görə, bununla yanaşı, Şamaxı rayoununun Mədrəsə kəndində, təsərrüfat yönümlü işlər üçün istifadə edilən 40 hektarlıq ərazidə çökmə və sürüşmə prosesləri davam edir.

“Hal-hazırda həmin ərazidə aktivlik davam edir. Bir il əvvəl burada, təxminən 5-ə yaxın ev qəzalı vəziyyətdə idi. İndi onların sayı 11-ə çatıb. Bundan başqa, Şamaxı rayonunda 48A məhəlləsində də mütəmadi olaarq sürüşmə müşahidə edilir. Bu gün də həmin ərazidə aktivlik var” – Qaralov bildirib.

Paylaş