Leysan yağışlar 7 nəfərin ölümünə səbəb oldu

Google+ Pinterest LinkedIn Tumblr +

İordaniyada güclü leysan yağışları nəticəsində yaranan sel suları azı 7 nəfərin ölümünə səbəb olub.

Biosfer.az xəbər verir ki, Krallıq hökumətinin rəsmi nümayəndəsi əhaliyə öz evlərini tərk etmələrini məsləhət görüb. Anomal hava şəraiti Madaba və Maan əyalətlərinə təsir edib.

Turizm Nazirliyi şənbə günü bütün ekskursiyaları ləğv edib. Ölü dənizə gedən bəzi yollar da bağlanılacaq.

Təhsil Nazirliyi isə şənbə günü bütün məktəb və ali təhsil müəssisələrində dərsləri ləğv edib.

Paylaş