Qocalığın qarşısını alan KRAL GÖBƏLƏYİ

Google+ Pinterest LinkedIn Tumblr +

Trüfel göbələyi (yerdombalanı) vaxtından əvvəl qocalığın qarşısını alır!

Ağ trüfel göbələyi həqiqi mənada qiymətli komponentdir. O, mətbəxdə yeməkləri inci nümunələrinə çevirir, fransız aşpazları onu “məhsulların almazı” və ya “kral göbələyi” adlandırırlar. Ağ trüfel immun sistemini yaxşılaşdırır, xərçəngdən qoruyur, orqanizmi cavanlaşdırır, sinir sisteminə müsbət təsir edir. İtaliyada dombalan göbələyi əsasında çox effektli cavanlaşdırıcı kremlər istehsal olunur. Bu kremlərin qiyməti olduqca bahadır.

Biosfer.az xəbər verir ki, Rusiyanın tanınmış dermotoloqu və müasir kosmetika laboratoriyasının baş texnoloqu Qalina Ryazanova ağ trüfelin dəriyə təsirləri haqqında danışıb.

Faydası

Ağ trüffel əvəzolunmaz amin turşuları, faydalı mineral duzları, maqnezium və zülallar ehtiva edir. Dərinin üzərində kompleks bir təsirə malikdir, ondan anti-hiperpiqmentasiya, dərin qırışlar və yaşlanmağın intensiv profilaktikası üçün istifadə effektiv nəticələr göstərir.

Unikallığı

Əsas odur ki, ağ trüffel demək olar ki, bu gün bilinən bütün B vitaminlərinin ən zəngin mənbəyidir. Yeri gəlmişkən, B vitamin qurpu dərinin gənc qalması və cildimizin düzgün həyat proseslərindən məsuldur. Ağ trüffellərin xüsusiyyətləri ondan ibarətdir ki, mikroelementlər onların tərkibində rahat şəkildədir, bu, o deməkdir ki, faydalı maddələr sintetik vitaminlərlə müqayisədə orqanizm tərəfindən daha sürətli əmilir.

B1 vitamini dərinin vaxtından əvvəl yaşlanması qarşısını almağa kömək edir, tədricən dərin qırışları düzəldir, kiçik qırışlar isə demək olar ki, görünmür.

B2 vitamini dəri rənginin yaxşılaşmasına kömək edir, iltihablı dərini sakitləşdirir, mübadilə proseslərinin sürətləndirilməsi hesabına ona nur və sağlam rəng bəxş edir. Məhz bu vitaminin çatışmazlığı nəticəsində dodaqlar tez-tez soyulur, ağız kənarında isə qırışlar əmələ gəlir.

B3 vitamini oksidləşdirici-reduksiyaedici proseslərdə fəal iştirak edir, damarlar və kapillyarları qoruyur, toxuma tənəffüsündə, karbohidrat və protein metabolizmasında iştirak edir, pellaqra (tüklü dəri) xəstəliyinin yaranmasının qarşısını alır.

B 6 vitaminin çatışmazlığı dermatitə səbəb ola bilər. Bu vitamin bir çox zülal sintezində iştirak edir, amin turşularının sindirilmə səviyyəsini tənzimləyir və maddələr mübadiləsini stabilləşdirir.

B 9 vitamini (fol turşusu) ətraf mühitin zərərli təsirindən dərini müdafiə edir, iltihab əleyhinə təsir edir ki, bu da civzə və sızanaq problemlərindən xilas olmağa kömək edir.

B 10 vitaminin defisiti sürətli günəş yanıqları törədə bilər, çünki o dərini günəşin mənfi şüalarından qoruyan güclü antioksidantdır, faktiki olaraq qocalığı ləngidir.

B 12 vitamini mübadilə prosesləri və qan dövranını sürətləndirir, qida maddələrinin lazımi yerlərə daha sürətli çatdırılmasına kömək edir.

Təsiri

Ağ trüfel yaxşı nəmləndirici xüsusiyyətlərə malikdir. Kosmetika istehsalında trüfel ən yaxşı nəmləndirici keyfiyyətləri ilə siyahıda ilk yerləri tutur.

Tərkibi ağ trüfel olan baxım vasitələrdən istifadə qırışların dərinliyini və sayını azaldır, cildin elastikliyini artırır, parlaq bir ton verir, piqment ləkələrinin aydınlanmasına kömək edir və liftinq təsir göstərir. Kremlər və serumların istifadəsinə başlandıqdan bir neçə həftə sonra üzün dərisində nəzərəçarpacaq dərəcədə müsbət dəyişiklər hiss olunur.

Bu məqamda qedy edək ki, Azərbaycanda dombalan göbələyi əsasən Goranboy və Gəncədə yetişir. Bizdə bir çox bazarlarda satılan bu göbələyin qiyməti digər ölkələrlə müqayisədə qat-qat daha ucuzdur. Ərəblər turist kimi ölkəmizə gələndən dombalana tələbat artıb və onun qiyməti də bir neçə dəfə qalxıb. Lakin buna baxmayaraq, Azərbaycanda bu delikates məhsulun qiyməti Avropa və ərəb ölkələri ilə müqayisədə çox ucuzdur. (Publika.az)

Paylaş