Hokkaydoda ayının gözündə katarakta əməliyyatı aparıldı

Google+ Pinterest LinkedIn Tumblr +

Yaponiyanın Hokkaydo prefekturasında yerləşən heyvanxanada 10 il əvvəl görmə qabiliyyətini itirmiş Asiya qara ayısının gözündə aparılan katarakta əməliyyatı nəticəsində o, sağalıb.

Biosfer.az xəbər verir ki, Nobita adlı ayı Hokkaydo prefekturasının Noboribetsu şəhərindəki heyvanxanada yaşayır. Onun gözündə əməliyyat iyunda Rakuno Qakuen Universitetinin və heyvanxananın baytar həkimləri tərəfindən Ebetsu şəhərində aparılıb.

Baytar həkimlərin sözlərinə görə, əməliyyat uğurla başa çatıb və ağırlaşma verməyib.

Heyvanxananın əməkdaşları bildiriblər ki, Nobita hazırda heç bir çətinlik çəkmədən yeməyini tapır və ətrafda baş verənləri izləyir. (Azərtac)

Paylaş