Yola çıxan it 40 nəfərin faciəsinə səbəb oldu

Google+ Pinterest LinkedIn Tumblr +

İstanbuldan Tokata gedən avtobus qəzaya uğrayıb.

Biosfer.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, əsgər daşıyan avtobus Suluca kəndi yaxınlığında yük maşınıyla toqquşub.

Qəza nəticəsində avtobusun sürücüsü Emrə Şakir Güngör və köməkçisi ölüb, 40 nəfər isə yaralanıb. Avtobusdakı 40 nəfərdən 34-ünün Tokata gedən əsgərlər olduğu məlum olub.

Qəzaya qəfil yola çıxan it səbəb olduğu ehtimal edilir.

Paylaş