Hokkaydo adasında güclü zəlzələ

Google+ Pinterest LinkedIn Tumblr +

Yaponiyanın Hokkaydo adası sahillərində 5,8 bal gücündə zəlzəl baş verib.

Biosfer.az Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən xəbər verir ki, yeraltı təkanların episentri Yaponiyanın Sapporo şəhərindən 382 kilometr şimal-şərqdə və Rusiyanın Yujno-Saxalinsk şəhərindən 357 kilometr cənub-şərqdə, ocağı isə 2 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Paylaş