Bakıda bərk məişət tullantılarının yığılması və daşınması sistemi təkmilləşdiriləcək

Google+ Pinterest LinkedIn Tumblr +

Bakıda bərk məişət tullantılarının yığılması və daşınması sistemi təkmilləşdiriləcək.

Biosfer.az “Report”-a istinadən xəbər verir ki, bu, “Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018–2022-ci illər üçün Milli Strategiya”da əksini tapıb.

Xidmətin əhatə dairəsi bütün yaşayış məntəqələrinə doğru genişləndiriləcək, bu sahə yeni texnika və tullantı konteynerləri ilə təchiz ediləcək.

Bunun üçün İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti birgə iş aparacaq.

Paylaş