Kürdəxanı gölünün ətrafında zibillik

Google+ Pinterest LinkedIn Tumblr +

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Sabunçu rayonunda Kürdəxanı gölünün ətrafına məişət tullantılarının atılması ilə bağlı daxil olan şikayəti nazirliyin əməkdaşları yerində araşdırıblar.

Nazirliyin mətbuat xidmətindən Biosfer.az-a bildiriblər ki, əraziyə keçirilən baxış zamanı məişət tullantılarının mövcud qanunvericiliyə uyğun idarə olunmadığı, qeyri-mütəşəkkil qalaqlandığı faktı təsdiqini tapıb.

Faktla bağlı əraziyə cavabdeh Kürdəxanı Bələdiyyəsinin sədri Pərviz Dadaşov barəsində protokol tərtib edilib və o, vəzifəli şəxs qismində 4000 manat məbləğində cərimələnib.

Tullantıların ərazidən təmizlənməsi məqsədilə bələdiyyə sədrinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib. Nazirliyin əməkdaşlarının nəzarəti ilə ərazi tullantılardan təmizlənib.

Paylaş