Payız ağac əkini mövsümü başladı

Google+ Pinterest LinkedIn Tumblr +

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) “Ağac əkək, qoruyaq, bu ənənəni yaşadaq!” devizi altında payız ağac əkini mövsümünə start verib.

Nazirliyin mətbuat xidmətindən Biosfer.az-a bildiriblər ki, payız meşə əkinlərinin başlanması ilə əlaqədar oktyabrın 25-də respublika ərazisində ETSN əməkdaşlarının və ictimaiyyət nümayəndələrinin iştirakı ilə 100 hektar ərazidə 80 mindən çox müxtəlif cinsli ağaclar əkilib.

Nazirlik ictimaiyyət nümayəndələrini ağacəkmə aksiyalarında iştirak etməyə çağırır.

Paylaş