Yunanıstanın qərb sahillərində, İon dənizində 6,8 bal gücündə zəlzələ baş verib.
Publika.az “RİA Novosti”yə istinadən xəbər verir ki, zəlzələnin episentri Zakintos şəhərindən 42 kilometr cənub-qərbdə, 10 kilometr dərinlikdə yerləşib.
Eyni ərazidə bir neçə dəqiqə sonra 5,6 bal gücündə ikinci zəlzələ də baş verib.
Yeraltı təkanlar Albaniya, Malta və İtaliyanın cənubunda da hiss olunub.