Rusiyanın Krasnodar diyarında yağan leysan yağışları nəticəsində ölən və yaralananlar var.
Biosfer.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu yerli Fövqəladə Hallar Xidmətindən bildiriblər.
Leysan nəticəsində Tuapse, Apşeron rayonlarında, Soçi şəhəri ətrafındakı Lazer rayonunda 2 nəfər ölüb, 5 nəfər xəsarət alıb. Yaralıların 3-ünə tibbi yardım göstərilib. Bir nəfər isə itkin düşüb.
Məlumata görə, 27 yaşayış məntəqəsində 6000 sakin, o cümlədən 900-dən çox uşağın yaşadığı 1700 evi su basıb, 1500 hektarlıq bağ sahəsi su altında qalıb. Təhlükəsizlik məqsədi ilə 380 nəfər, o cümlədən 99 uşaq təxliyyə edilib.
Bundan başqa, 4700-dən çox insanın olduğu 18 sərnişin qatarının reysi gecikib.
Təbii fəlakətin nəticələrini aradan qaldırmaq məqsədi ilə hadisə yerinə 700-dən çox əməkdaş, 150 ədəd texnika, o cümlədən 3 qəza-bəpra qatarı cəlb edilib.
Sinoptiklərin proqnozuna əsasən, oktyabrın 25-də siklon Krasnodar diyarı və Adıgey Respublikası ərazisinə təsir göstərməyə davam edəcək.