Nikaraquada leysan yağışların səbəb olduğu daşqın qurbanlarının sayı 17 nəfərə çatıb.
Biosfer.az xəbər verir ki, ölkənin vitse-prezidenti Rosario Murilonun sözlərinə görə, həmin insanların əksəriyyəti məcrasından çıxan çayları keçməyə çalışarkən ölüblər. Murilo qeyd edib ki, hakimiyyət orqanları ölkənin şimalındakı torpaq sürüşməsindən əziyyət çəkən hər bir ailəyə yardım üçün təhlükəsizlik qüvvələri və avadanlıq göndərir.
Leysan yağışları ölkənin müxtəlif regionlarında iki həftədən çoxdur davam edir.