Meksika TƏHLÜKƏDƏ – “Uilla” qasırğası beşinci kateqoriyaya yaxınlaşır

Google+ Pinterest LinkedIn Tumblr +

Sakit okeanda formalaşan “Uilla” tropik qasırğası ən güclü sayılan beşinci kateqoriyaya yaxınlaşır.

Biosfer.az xarici KİV-lərə istinadən xəbər verir ki, meteoroloqların məlumatına əsasən, hazırda qasırğa Meksikanın qərbindəki Kabo-Korrientes bələdiyyəsindən 255 kilometr cənub-qərbdə yerləşir və saatda 11 kilometr sürətlə şimala doğru hərəkət edir. Qasırğanın mərkəzində küləyin sürəti saatda 250 kilometrə çatır.

“Uilla” Meksikanın qərb, mərkəzi və cənub-qərb hissələrinə həyat üçün təhlükəli olan leysan yağışları və küləklər gətirir.

Paylaş