Avropa və Yaponiya Merkuri planetini tədqiq edəcək

Google+ Pinterest LinkedIn Tumblr +

Avropa İttifaqı və Yaponiya Günəş sisteminin ən kiçik planeti olan Merkuriyə kosmik aparat göndərəcək.

Biosfer.az “ölkə.az”-a istinadən xəbər verir ki, Avropa Kosmik Agentliyi ilə Yaponiya Kosmik Tədqiqatlar Agentliyi “BepiColombo” layihəsi çərçivəsində “Ariane 5” raketini Fransa Qvineyasından 20 oktyabr tarixində kosmosa göndərəcək.

Missiyanın büdcəsi 1.6 milyard dolalrdır. Layihə həm Merkuri planeti haqqında geniş məlumatlar əldə etmək, həm də Günəş sistemi haqqında yeni məlumatlar aşkar etmək məqsədini daşıyır.

Raket 7 ildən sonra Merkuri planetinə çatacaq. Digər tərəfdən də Merkurinin Günəşə yaxın olduğu üçün kosmik aparat göndərməyin çox çətin olduğunu qeyd edən alimlər “BepiColombo” missiyasını ən çətin layihələrdən biri kimi qiymətləndirirlər.

Paylaş