Xəzər rayonunda brakonyer saxlanıldı

Google+ Pinterest LinkedIn Tumblr +

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin əməkdaşları paytaxtın Xəzər rayonunun Zirə qəsəbəsinin Xəzərsahili zonasında icazəsiz balıq ovlayan şəxsi saxlayıblar.

Nazirliyin mətbuat xidmətindən Biosfer.az-a bildiriblər ki, araşdırma zamanı ov edən şəxsin Qax rayon sakini Vüqar Məmmədov olduğu müəyyənləşib. Ondan ovladığı balıqlar və ov alətləri götürülüb. Balıq ehtiyatına vurulan ziyan hesablanaraq brakonyerə 429 manat məbləğində iddia qaldırılıb.

Dəyən ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Su Nəqliyyatında Polis İdarəsinə göndərilib.

Paylaş