Əziz Qaralov: “Sürüşmə davam edir, ərazidəki insanlar evlərindən çıxarılıblar” – VİDEO

Google+ Pinterest LinkedIn Tumblr +

“Badamdardakı sürüşmə sahəsində yaşayış evlərində olan insanlara dünən xəbərdarlıq edilib və onlar evlərindən çıxarılıblar”.

Biosfer.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

O bildirib ki, ərazidə gecə səhərə qədər növbə təşkil edilib: “İnsanlar üçün təhlükə yoxdur. Təxminən 250 metr enində olan böyük bir ərazi istinad divarları üstündə olmaqla tamamilə dağılıb və torpaq qatı asfalt örtüyünə qədər gəlib çatıb. Sürüşmə sahəsində istinad divarından yuxarı 25-30 metr görünən hündürlük var və prosesdə aktivlik hələ də davam edir. Müvafiq orqanların nümayəndələri hazırda buradadırlar”.

Paylaş