İcazəsiz balıq ovlayan şəxs saxlanıldı

Google+ Pinterest LinkedIn Tumblr +

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin əməkdaşları Xəzər dənizinin Ələt qəsəbəsinin sahil zonasında icazəsiz balıq ovlayan şəxsi saxlayıblar.

Departamentdən Biosfer.az-a bildiriblər ki, araşdırma zamanı brakonyerin Qaradağ rayon sakini Qurban İskəndərov olduğu müəyyənləşib və ondan ov alətləri, qayıq götürülüb.

Balıq ehtiyatına vurulan ziyan hesablanaraq brakonyer barəsində 495 manat məbləğində iddia qaldırılıb.

Dəyən ziyan cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Su Nəqliyyatında Polis İdarəsinə göndərilib.

Paylaş