Haitidə zəlzələ nəticəsində ölənlərin sayı 17-yə çatdı

Google+ Pinterest LinkedIn Tumblr +

Haitidə oktyabrın 6-sı baş verən zəlzələ nəticəsində ölənlərin sayı artıb.

Biosfer.az xəbər verir ki, təbii fəlakət 17 nəfərin ölümünə səbəb olub. Bundan əlavə, zəlzələ nəticəsində 2280 evə zərər dəyib, 168-i isə dağılıb.

Qeyd edək ki, daha əvvək 15 nəfərin öldüyü, 333 nəfərin xəsarət aldığı bildirilirdi.

Xatırladaq ki, oktyabrın 6-sı Haiti sahillərində 5,9 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Ti Por-de-Pe yaşayış məntəqəsindən 20 kilometr aralıda, ocağı isə 15 kilometr dərinlikdə yerləşib.

Paylaş