Hansı balıq növlərinin ovlanması qadağan edildi?

Google+ Pinterest LinkedIn Tumblr +

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ovlanması qadağan edilmiş balıq növlərinin adını açıqlayıb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dəniz sıfı, qaya balığı (kələmo), zərdəpər, poru, qızılxallı, qılıncbalıq, Şirvan külməsi, Xəzər şirbiti, Xəzər qızılbalığının adı “Qırmızı kitab”a daxil edilib.

Nərə, bölgə, uzunburun balıqlarının isə Azərbaycanın su hövzələrində qanunvericiliklə ovu qadağan olunub.

Paylaş