Haitidə zəlzələ: azı 11 nəfər öldü

Google+ Pinterest LinkedIn Tumblr +

Haiti Respublikasının şimal sahilində 5,8 maqnituda gücündə zəlzələ baş verib.

Biosfer.az TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmologiya Mərkəzi məlumat yayıb.

Bildirilir ki, yeraltı təkanların episentri respublikanın paytaxtı Port-o-Prensdən 175 km şimal-qərbdə, ocağı isə 10 km dərinlikdə qeydə alınıb.

Zəlzələ zamanı azı 11 nəfər ölüb.

Paylaş