“Konq-rey” tufanı Yaponiyanın cənub-qərb rayonlarına çatdı

Google+ Pinterest LinkedIn Tumblr +

“Konq-rey” tufanı Yaponiyanın cənub-qərb rayonlarına çatıb.

Biosfer.az xarici mətbuata istinadən xəbər verir ki, tufan nəticəsində azı 10 nəfər xəsarət alıb. Bu, son həftə ərzində regionu ağuşuna alan ikinci tufandır.

Yaponiya Meteorologiya Agentliyinin yaydığı məlumata görə, şənbə günü saat 11 radələrində tufan Naqasaki prefekturasının Tsuşima şəhərindən təqribən 140 kilometr şimal-şərqdə dənizin üzərində irəliləyir. Onun şimal-şərq istiqamətində saatda 45 kilometr sürətlə hərəkət etdiyi bildirilir.

Naqasaki prefekturasında 9 min ev təəssrrüfatı elektrik enerjisiz qalıb. Aviaşirkətlər ölkə daxilində 20-dən çox reysi ləğv ediblər. Koreyada qasırğa güclü küləyə səbəb olub.

Sinoptiklər əhaliyə yağışdan, qasırğadan, hündür dalğalardan, torpaq sürüşməsi və daşqınlardan qorunmağı tövsiyə edirlər.

Paylaş