Cənubi Koreyada 270-dən çox aviareys təxirə salındı – QASIRĞA

Google+ Pinterest LinkedIn Tumblr +

Cənubi Koreyada şənbə gününə planlaşdırılmış 270-dən çox aviareys təxirə salınıb.

Biosfer.az yerli mətbuata istinadən xəbər verir ki, buna səbəb “Konq-rey” qasırğası olub. Qeyd olunur ki, ümumilikdə 276 aviareys təxirə salınıb, onlardan 123-ü Çedju beynəlxal hava limanından planlaşdırılan üçuşlardır.

Tayfunla əlaqədar Yaponiya və Çinə olan reyslər təxirə salınır. Gözlənilir ki, Çedju gün ərzində fəaliyyətini bərpa edəcək.

Paylaş