Xaçmazda təbiətə 5700 manat ziyan dəydi

Google+ Pinterest LinkedIn Tumblr +

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları Xaçmaz rayonunun Qaraçaycek bələdiyyəsinin ərazisində diametri 28-44 santimetr olan yaşköküstə 16 qovaq ağacının kəsilməsi faktını aşkarlayıblar.

Nazirliyin mətbuat xidmətindən Biosfer.az-a bildiriblər ki, araşdırma zamanı ağacların rayonun Xaspoladoba kənd sakini Elman Həmzəliyev tərəfindən kəsildiyi müəyyənləşib.

Faktla bağlı E.Həmzəliyev barəsində akt tərtib edilib və təbiətə 5700 manat məbləğində ziyan dəydiyi məlum olub.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunauyğun tədbirlərin görülməsi üçün Xaçmaz Rayon Prokurorluğuna göndərilib.

Paylaş