Kosmosda “Qulyabanı” kəşf edildi – FOTOLAR

Google+ Pinterest LinkedIn Tumblr +
Beynəlxalq Astronomiya İttifaqının “Planet Mərkəzi” Pluton planetindən milyardla mil uzaqda “Qulyabanı” adlı yeni səma cismi kəşf edilib.

Biosfer.az ölkə.az-a istinadən xəbər verir ki, yeni səma cisminin öz peyki var.

“Carnegie” elmi institutunun alimi Skott Şeppard bildirib ki, Günəş sistemində olduğu ehtimal edilən 9-cu planet- İks planetini axtararkən bu səma cismini kəşf ediblər. Bu səma cisminin kəşfi isə İks planetinin mövcudluq ehtimalını 90% artırıb.

Qeyd edək ki, Pluton planeti 1930-cu ildə Klayd Tomba tərəfindən kəşf edilib. Onun mövcudluğu barədə ilk dəfə 1915-ci ildə Persival Louell məlumat verib. 76 il Günəş Sisteminin 9-cu planeti olaraq qəbul edilən Pluton 2006-cı ildə cırtdan planet sinfinə daxil edilib.

Paylaş