Zooparkda heyvanların saxlanılması şəraiti yaxşılaşdırılır

Google+ Pinterest LinkedIn Tumblr +

Hazırda Bakı Heyvanat Parkında (Zoopark) heyvanların saxlanılması şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirlər görülür. Zooparkın ərazisi 2,25 hektardan 4,25 hektara çatdırılıb və artırılan ərazilərdə işlər davam etdirilir.

Biosfer.az xəbər verir ki, bu barədə AZƏRTAC-a zooparkın direktoru Azər Hüseynov məlumat verib.

Direktor bildirib ki, hazırda heyvanat parkına yeni heyvanların gətirilməsi gözlənilmir.

Xatırladaq ki, ötən il zooparka Afrika faunasının erkək yallı qoyunu, dişi lama, iri yapalaq, quzğun, bir cüt Dağıstan turu, göyqulaq qırqovul, xalçayabənzər piton, mandarin ördəyi gətirilib. Hazırda heyvanat parkında 150 növdən artıq heyvan saxlanılır.

Paylaş