Bu ölkələri quraqlıq gözləyir – PROQNOZ

Google+ Pinterest LinkedIn Tumblr +

Quraqlıq təhlükəsi gözlənilən ölkələrin adları açıqlanıb.

Biosfer.az Rusiya mətbuatına istinadla xəbər verir ki, iqlimşünaslar planetdə temperaturun 2 dərəcə qalxacağı təqdirdə Yer kürəsində təhlükəli quraqlığın baş verəciyini bildiriblər.

Məlumata görə, 117 milyon insan su çatışmazlığı ilə qarşılaşacaq. Qlobal istiləşmə dünyanın buxarlanma və küləklər dövrünü dəyişəcək və onları daha da intensivləşdirəcək. Bu da təbiətdə suyun paylanmasına təsir edəcək. Bəzi quraqlıq bölgələrində vəziyyət yaxşılaşacaq, bəziləri isə quraqlıqdan əziyyət çəkəcək.

Alimlərin hesablamalarına görə, Cənub-Şərqi və Şimali Asiya, Cənubi Afrika, Cənub Avropa, Aralıq dənizi, Şərqi və Şimal-Qərbi Kanada, Qrenlandiya, İslandiya və Alyaskada bir dərəcə temperatur artımı belə quraqlığa səbəb ola bilər.

Əgər temperatur yarım dərəcə belə, artsa, quraqlıq Asiyanın digər regionlarında, Şərqi və Qərbi Afrika və Mərkəzi Avropa ölkələrində də müşahidə ediləcək.

Klimatoloqların sözlərinə görə, qlobal istiləşmə milyonlarla insanın həyatına mənfi təsir edəcək. İstiləşmə nə qədər çox olsa, daha geniş ərazilər hava fəlakətlərindən əziyyət çəkəcək.

Read more: https://sputnik.az/world/20181004/417289999/bu-olkeleri-quraqliq-gozleyir.html

Paylaş