İcazəsiz balıq ovlayan şəxs saxlanıldı

Google+ Pinterest LinkedIn Tumblr +

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin əməkdaşları Baş Mil-Muğan kollektorunun Saatlı rayonu ərazisindən keçən hissəsində icazəsiz balıq ovlayan şəxsi saxlayıblar.

Nazirliyin mətbuat xidmətindən Biosfer.az-a bildiriblər ki, araşdırma zamanı brakonyerin Saatlı rayon sakini Xəyal Behbudov olduğu müəyyənləşib. Ondan müxtəlif növ balıqlar və ov aləti götürülüb. Balıq ehtiyatına vurulan ziyan hesablanaraq təqsirkar barəsində 649 manat məbləğində iddia qaldırılıb.

Dəyən ziyan cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Su Nəqliyyatında Polis İdarəsinə göndərilib.

Paylaş